Gürcüstanda yeni siyasi partiya yaradılacaq

Gürcüstanda yeni siyasi partiya yaradılacaq

Gürcüstanın TBC bankının təsisçiləri - Mamuka Xazardze və Badri Caparidze siyasi partiya təsis edəcəklər. SİA-nın verdiyi xəbərə görə, bu barədə M.Xazaradze jurnalistlərə bildirib.

Onun sözlərinə ilk olaraq ictimai hərəkat yaradılacaq: "Yaxın günlərdə təşkilatın təsis olunacağı yeri, tarixi və vaxtı elan edəcəyik. Daha sonra tezliklə siyasi partiya da qurulacaq". Bankir əhalidən güclü dəstəyin olduğunu və buna görə də hərəkat və partiyanın yaradılması prosesinin sürətləndirildiyini deyib.

Keçmiş baş nazir Giorgi Kvirikaşvilinin yeni siyasi birliyə qoşulacağı barədə yayılan xəbərlərə münasibət bildirən M.Xazardze onunla əlaqə saxlamadığını qeyd edib: "Giorgi Kvirikaşvili siyasətdən gedib və beynəlxalq təşkilatda çalışır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə