Cəbəllütariqdə saxlanılan "Adrian Darya 1" İran tankeri sərbəst buraxılıb".
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə bazar günü İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib. O qeyd edib ki, Aralıq dənizinin sahillərinə çıxan tankerin göyərtəsindəki yüklər satılıb. Nazirin sözlərinə görə, Suriyanın Tartus limanında Cəbəllütariq hakimiyyəti tərəfindən sərbəst buraxılan tankerin "Associated Press" agentliyi tərəfindən peyk görüntüləri yayımlanıb.
Qeyd edək ki, ABŞ İranın "Adrian Darya 1" tankerini də sanksiya siyahısına salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB