Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir
Gürcüstanın "Ayıbdır" hərəkatının üzvləri və tərəfdarları ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçirirlər. SİA-nın verdiyi məlumata görə, aksiyaçılar qanunverici orqanın giriş qapısı qarşısında "utanc dəhliz"i yaradıblar. İştirakçılar fit çalaraq daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinə etiraz edirlər. Aksiya təşkilatçıları bildiriblər ki, G.Qaxaria iyunun 20-21-də Tbilisidə baş verən hadisələrdən sonra istefaya getməlidi idi, lakin bunun əvəzinə onun baş nazir postuna namizədliyi irəli sürülüb. Hazırda parlamentin plenar iclası keçirilir. Toplantıda G.Qaxarianın başçılıq edəcəyi hökumətə etimad məsələsi müzakirə olunur.
Qeyd edək ki, G.Qaxarianın baş nazir vəzifəsinə namizədliyini hakim Gürcü Arzusu Partiyası sentyabrın 3-də irəli sürüb. Ötən ilin iyun ayından baş nazir vəzifəsini icra edən Mamuka Baxtadze sentyabrın 2-də istefa verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB