Honkonqda qarşıdurmalar olub 19 nəfər xəsarət alıb

Honkonqda qarşıdurmalar olub 19 nəfər xəsarət alıb

Honkonqda nümayişçilər və polis əməkdaşları arasında baş verən toqquşmalar nəticəsində azı 19 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə RTHK radiostansiyası bildirib.

Qeyd edilir ki, zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır. Əsas qarşıdurmalar şəhərin materik hissəsində, Monqkok ərazisində olub. Polis bölməsinin yanında radikal etirazçılardan ibarət qruplar yolları bağlamağa, yanğınlar törətməyə və asayiş keşikçilərinə xəsarət yetirməyə çalışıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçıları dağıtmaq üçün etirazçılara qarşı gözyaşardıcı qaz, rezin dəyənək tətbiq ediblər. Daha əvvəl Honkonq polisi metrodakı iğtişaşların 40 iştirakçısını saxlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə