Georgi Qaxaria: "Bizim əsas məqsədimiz Gürcüstanın ərazi bütövlüyünü müharibəsiz bərpa etməkdir"
Bizim əsas məqsədimiz Gürcüstanın ərazi bütövlüyünü müharibəsiz bərpa etməkdir.
SİA xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri vəzifəsinə namizəd Georgi Qaxaria parlamentdə keçirilən dinləmələr zamanı söyləyib.
Georgi Qaxaria deyib: “Gürcüstanın əsas problemi ərazi bütövlüyüdür. İşğal olunmuş ərazilər bizim daxili və xarici təhlükəsizliyimiz üçün olduqca vacib məsələdir. Hökumətlə yanaşı, müvafiq qurumlar da bu istiqamətdə fəal iş aparır. Biz hamımız anlamalıyıq ki, Gürcüstanın ərazi bütövlüyü bərpa olunmayana qədər ölkənin siyasi və iqtisadi planda tam inkişafı barədə danışmaq mümkün deyil. Ona görə də biz bütün səylərimizi birləşdirməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB