Şənbə günü Koreya yarımadasına çatan “Linlin” qasırğası bir sıra fəsadlar törədib. SİA xəbər verir ki, Yonhap agentliyinin Cənubi Koreyaya xilasetmə xidmətlərinə istinadla yaydığı məlumata görə, qasırğa nəticəsində yaşlı qadın həlak olub.
Qasırğanın mərkəzində küləyin sürəti hazırda 39 metr/saniyəyə çatır. “Linlin”, həmçinin güclü yağışlar gətirib. Təbii fəlakət səbəbindən 270-dən çox aviareys ləğv olunub, yaxud təxirə salınıb, bir sıra avtomobil yolları bağlanıb.
Sinoptiklərin proqnozlarına əsasən, qasırğa şimal istiqamətində irəliləməkdə davam edəcək və axşam saatlarında KXDR ərazisinə yetişəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB