“Dorian” qasırğası Baham adalarını cəhənnəmə çevirdi

“Dorian” qasırğası Baham adalarını cəhənnəmə çevirdi

Baham adalarında “Dorian” qasırğası nəticəsində həlak olanların sayı 43 nəfərə çatıb. SİA NBC telekanalına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin çox sayda insan itkin düşüb. Hakimiyyət ölənlərin sayının artacağını istisna etmir.

Qeyd edək ki, ən yüksək beşinci səviyyəyə qədər qalxan “Dorian” qasırğası sentyabrın 1-də Baham adalarını təsiri altına alıb. Təbii fəlakət Baham arxipelaqının şimalında yerləşən Abako adasına ciddi zərər vurub. Qırmızı Xaç Cəmiyyətinin məlumatına əsasən, burada 13 mindən çox evə zərər dəyib.

Qasırğa səbəbindən ABŞ-ın Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub. Cənubi Karolina və Corciya ştatlarında 220 min insan elektriksiz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə