“Dorian” qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb

“Dorian” qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb

Baham adaları hökuməti “Dorian” qasırğası səbəbindən arxipelaqda azı 30 nəfərin öldüyünü müəyyən edib. Bu barədə ada dövlətin Baş Naziri Hubert Minnis CNN telekanalına müsahibəsində məlumat verib. Daha əvvəl 20 nəfərin öldüyü bildirilmişdi. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Hubert Minnis axtarış-xilasetmə əməliyyatının davam etdiyini deyib.

M.Hubert Prezident Donald Trampla telefonda danışdığını bildirib. Onlar Baham adalarına ABŞ-dan kömək göstərilməsi məsələsini müzakirə ediblər. Baş Nazirin sözlərinə görə, daha əvvəl ABŞ-dan arxipelaqa 60 nəfərdən ibarət xilasetmə qrupu gəlib. Xarici kömək olmasaydı, “həlak olanların sayı daha çox olardı”.

Proqnozlara görə, cümə günü “Dorian” qasırğası Şimali Karolina sahillərinə yetişəcək, növbəti günlərdə, güman ki, zəifləməyə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə