Rusiyada Korrupsiya ilə Mübarizə Fondunun 8 əməkdaşı saxlanılıb

Rusiyada Korrupsiya ilə Mübarizə Fondunun 8 əməkdaşı saxlanılıb
Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Korrupsiya ilə Mübarizə Fondunun (KBF) Moskva qərargahında aparılan axtarış zamanı 8 nəfəri saxlayıblar. SİA xəbər verir ki, bu barədə "TASS" agentliyinə həbs olunanlara hüquqi yardım göstərən vəkil Tatyana Molokanova məlumat verib. "Məndə olan məlumata görə, səkkiz məhbus Moskvanın Meşanski rayonundakı polis şöbəsinə aparılıb. İndi saxlanılmanın səbəbini araşdırmaq üçün ora gedirəm",- deyə vəkil bildirib. Öz növbəsində KBF ilə əməkdaşlıq edən vəkil Vladimir Voronin fondun paytaxtdakı qərargahında aparılan istintaq hərəkətlərinin hələ başa çatmadığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə