ABŞ hərbçiləri 2020-ci il seçkiləri ərəfəsində kiberməkanda informasiya mübarizəsi konsepsiyasını fəal surətdə hazırlayırlar. SİA "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı ABŞ quru qoşunları kiberkomandanlığının rəhbəri, general Stiven Foqarti kəşfiyyat və milli təhlükəsizlik məsələləri üzrə konfransda çıxışı zamanı açıqlayıb. O, hazırda konsepsiyanın hazırlanmasına çox vaxt ayrıldığını bildirib.
Stiven Foqartinin sözlərinə görə, ABŞ belə əməliyyatlar keçirdiyini opponentlərinə açıq şəkildə bildirməlidir. Çünki bu, opponentlərin hərəkətlərinə Vaşinqtonun cavab verməyə hazır olduğunu nümayiş etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB