ABŞ Dövlət Departamentinin nümayəndəsi Gürcüstana gedəcək

ABŞ Dövlət Departamentinin nümayəndəsi Gürcüstana gedəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker (Philip T. Reeker -red) sentyabrın 7-də Gürcüstana səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Sentyabrın 10-a qədər davam edəcək səfər çərçivəsində Departament nümayəndəsi Tbilisidə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. F.Riker həmçinin Gürcüstan hökumətinin rəsmiləri, parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə