Ermənistan Mülki Aviasiya Komitəsində ciddi problem

Ermənistan Mülki Aviasiya Komitəsində ciddi problem

Sahədəki problemləri həll etmək əvəzinə Tatevik Revazyan səyahətlərini davam etdirir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzetində yazı dərc olunub.

"Qraparak" qəzeti yazır ki, bu yaxınlarda mülki aviasiyada daha bir hadisə qeydə alınıb və təyyarə Tbilisiyə təcili eniş edib. Baxmayaraq ki, Ermənistan aviakompaniyası NGT 928, Yerevan-Moskva reysini həyata keçirən Boeing 737 təyyarəsinin elektrik kəsilməsi səbəbindən Tiflis hava limanına enmək məcburiyyətində qaldığını bildirmişdi, əslində isə, əldə edilən məlumata görə, təyyarə həddən artıq yüklənmə səbəbindən bu baş verdiyi bəlli olub. O da bəlli olub ki, sərnişinlər təyyarədə ayaq üstə dayanmış vəziyyətdə yerləşdiriliblərmiş.

Qəzet yazır ki, insanlar bu barədə məlumat vermək üçün Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyanla əlaqə saxlamağa çalışırlar da bu baş tutmur və səyləri də əbəs yerədir, çünki bu sahədəki problemlərlə məşğul olmaq əvəzinə, o öz səyahətlərini davam etdirir. Bu dəfə rəsmi işgüzar səfər adı ilə o, Kopenhagendəki rəfiqəsi ilə görüşüb xatirələrini yaşatmaqla məşğuldur.

Tatevik Revazyanın problemli məsələyə laqeyid və saymaz yanaşması təsdiq edir ki, Ermənistan Mülki Aviasiya Komitəsindəki problem düşünüldüyündən daha ciddidir. Yaxud, komitə sədrinin problemi həll etmək əvəzinə öz səyahətinə davam etməsi bu məsələnin daha ciddi problemlər yaradacağından xəbər verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə