Mebel sexində yanğın - 3 ölü, 3 yaralı

Mebel sexində yanğın - 3 ölü, 3 yaralı

Çinin cənubunda, Dunquan şəhərində mebel sexlərindən birndə yanğın olub. SİA-nın məlumatına görə, yanğın nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Yanğın başlayandan dərhal sonra hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yanğının qarşısını yalnız 4 saatdan sonra ala biliblər.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Polis faktı araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə