Liviya lideri ölkədən qaçıb?

Liviya lideri Muammar Qəddafi ölkədən qaçıb. SİA-nın məlumatına görə, "Əl-Cəzirə" kanalı dövlət başçısının Venesuelaya qaçdığını xəbər verib. Yayılan məlumatlara görə, etiraz nümayişlərinin mərkəzlərindən olan Benqazi şəhərində hökumət qoşunları və muzdlularının atəşi nəticəsində 200-ə qədər adam ölüb.

 

Avropa Birliyi (AB) isə etirazçılara atəş açılmasını pisləyib. Şimal Afrika və Orta Şərqdəki hadisələri müzakirə etmək üçün toplanan AB xarici işlər nazirlərinin birgə bəyanatında Liviyada çoxlu sayda nümayişçinin öldürülməsinin narahatlıq doğurduğu bildirilib. Bəyanatda ölkə rəhbərliyindən dinc nümayişçilərə qarşı gücdən istifadənin dərhal dayandırılması çağırışı edilib.

 

Liviya rəhbərliyindən özünüifadə və sərbəst toplaşmaq azadlığına hörmət istəyən AB, internet və mobil telefon şəbəkəsinin xalqın istifadəsinə verilməsini tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə