ABŞ İran Kosmik Agentliyinə və iki araşdırma institutuna qarşı sanksiya tətbiq edib.
SİA-nın "gazeta.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bəyanat yayıb. Dövlət katibi bildirib ki, sanksiyalar İran Kosmik Agentliyinə və iki araşdırma institutuna - İran Kosmik Tədqiqat Mərkəzi və Astronavtika Tədqiqat İnstitutuna tətbiq olunacaq.
"ABŞ İrana kosmik buraxılış proqramını ballistik raket proqramlarını inkişaf etdirmək üçün vasitə kimi istifadə etməsinə icazə verməyəcək. Avqustun 29-da İranın kosmik buraxılış qurğusunu işə salması cəhdi təhlükənin aktuallığını bir daha göstərdi", - deyə M.Pompeo bəyanatında qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB