Çavuşoğluı: "Makron onun fikrini dəyişdirib"

Çavuşoğluı: "Makron onun fikrini dəyişdirib"

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Sloveniya Prezidenti Borut Pahorun Avropa Birliyinin (AB) Türkiyəyə xüsusi status verməsi yönündə təklifinə münasibət bildirib. XİN rəhbəri Pahorun ötən ilə qədər Türkiyənin AB-yə üzvlüyünü dəstəklədiyini bildirib. “Fikrini nə üçün dəyişdirdiyini bilmirəm. Makron və başqaları təsir göstərə bilər”.

Çavuşoğlu bildirib ki, AB-nin öhdəliklərinin yerinə yetiriləcəyi halda Türkiyənin ittifaqa üzv olmağa tam haqqı var. Qeyd edək ki, B.Pahor Türkiyə və Ukraynaya AB-də xüsusi statusun verilməsini təklif etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə