Yeniyetmə öz ailəsinin beş üzvünü güllələyib - ABŞ-da

Yeniyetmə öz ailəsinin beş üzvünü güllələyib - ABŞ-da

ABŞ-ın Elkmont şəhərində (Alabama ştatı) 14 yaşlı yeniyetmə öz ailəsinin beş üzvünü evdə güllələyib. SİA xəbər verir ki, CNN telekanalı bu barədə polis nümayəndələrinə istinadla məlumat yayıb. Məlumata görə, açılan atəşlər nəticəsində üç nəfər hadisə yerində, ağır yaralanmış iki nəfər isə xəstəxanada ölüb.

Polis tərəfindən saxlanılan və dindirilən yeniyetmə öz ailəsinin bütün beş üzvünü güllə ilə vurduğunu etiraf edib. Cinayətkarın motivləri barədə hələlik açıqlama verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə