Axtarışda olan daha bir terrorçu məhv edilib

Axtarışda olan daha bir terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələri ilə Milli Təhlükəsizlik Təşkilatının birgə keçirdiyi antiterror əməliyyatı nəticəsində İraqın şımalında yerləşən Hakurk bölgəsində zərərsizləşdirilən beş terrorçudan biri axtarışda olub. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan "Kava Garzan" ləqəbli Nedim Karakulak bir sıra ağır cinayətlərdə ittiham edilirdi.

N.Karakulak 1992-ci ildə PKK sıralarına daxil olub. O, PKK üçün Türkiyəyə partlayıcı göndərilməsi işlərinə rəhbərlik edib. Bütün bu cinayətlərə görə 2013-cü ildə axtarışa verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə