Səhnədə pirotexnika partladı - Müğənni öldü

Səhnədə pirotexnika partladı - Müğənni öldü

İspaniyalı müğənni Coana Sayns Qarsiya konsert zamanı pirotexniki vasitənin partlaması nəticəsində həlak olub. SİA-nın məlumatına görə, çıxış zamanı partlayan maddələr 30 yaşlı müğənniyə dəyib.

Nəticədə o, huşsuz vəziyyətdə yerə yıxılıb. C.S.Qarsiya xəstəxanaya çatdırılsa da, orada onun həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə