Yaponiyanın Nazirlər Kabinetinin tərkibini yenilənir

Yaponiyanın Nazirlər Kabinetinin tərkibini yenilənir

Yaponiyanın Baş Naziri Şinzo Abe gələn həftə Nazirlər Kabinetinin tərkibini yeniləməyi planlaşdırır. SİA xəbər verir ki, Ş.Abe bu barədə hökumətin və hakim koalisiyanın iştirakı ilə keçirilən toplantıda məlumat verib.

Baş Nazir bildirib ki, parlamentin yuxarı palatasına keçirilən seçkilər zamanı cəmiyyət tərəfindən göstərilən güclü dəstəyə görə o, böyük məsuliyyət daşıyır və verdiyi vədləri icra etmək niyyətindədir.

Ş.Abe bildirib ki, siyasi ardıcıllığın və sabitliyin qorunması məqsədilə o, müxtəlif vəzifələrin icrasına start verməyə hazırlaşır.

Baş Nazir, həmçinin qeyd edib ki, hakim koalisiyaya daxil olan partiyalarda çoxlu sayda istedadlı insanların var və o, kabinetin daha güclü tərkibinin formalaşması üzərində ciddi şəkildə işləməyi düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə