Türkiyə hakimiyyəti hər zaman demokratiya normalarını rəhbər tutub Ərdoğan
Türkiyədəki məhkəmə islahatı Ankaranın məhkəmə sisteminin üstünlüyü və AB-yə tam üzvlük çərçivəsində öhdəliklərinə sadiqliyini nümayiş etdirir. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-2020 məhkəmə ilinin başlaması ilə bağlı tədbirdə deyib.
Dövlət başçısının sözlərinə görə, Türkiyə hakimiyyəti hər zaman qanunun aliliyi və demokratiya normalarını rəhbər tutub.
Onun fikrincə bir sıra xarici dairələrin, o cümlədən Avropa Birliyinin tənqidləri tamamilə əsassızdır. Ərdoğan, Türkiyədəki hazırkı idarəetmə formasında səlahiyyət bölgüsü prinsipinin nəzərə aldığını qeyd edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB