Türkiyə sularında üzən qayıqda yanğın baş verib

Türkiyə sularında üzən qayıqda yanğın baş verib
Türkiyənin Marmaris bölgəsində yerləşən Keçi adası sularında üzən qayıqda baş verən yanğın böyük təhlükə yaradıb. SİA xəbər verir ki, sahilə doğru üzən qayıq yanğın səbəbindən idarəetməni itirib. Alovlanan qayıq sahildəki qayalara çırpılıb. Sahil Təhlükəsizlik Qüvvələri yanğının meşəlik əraziyə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görüblər. Qayıqdakı üç nəfər xilas edilib. Qayığın batdığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə