Təkəri partlayan yük maşını yoldan çıxaraq evə çırpıldı

Təkəri partlayan yük maşını yoldan çıxaraq evə çırpıldı
Türkiyənin Kayseri vilayətində dəhşətli yol qəzası baş verib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Kayserinin Hacılar qəsəbəsi yaxınlığında şose yolunda hərəkət edən yük maşınının təkəri qəfil partlayıb. Sürücünün idarəetməsindən çıxan yüklə dolu TIR yolun kənarındakı evə çırpılıb. Zərbənin gücündən ev tamamilə dağılıb, yük maşını isə aşıb. Evdə olan sakinlərin və sürücünün ağır xəsarət aldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə