Əlverişsiz hava şəraiti Oslo metropoliteninin işində fasilələr yaradıb. Norveç KİV-lərinin yaydığı xəbərdə deyilir ki, pis hava səbəbindən ölkənin şərq hissəsində elektrik təchizatında fasilələr yaranıb. Bununla bağlı bu gün səhər Norveç paytaxtının metrosunda qatarların hərəkəti iki dəfə dayandırılıb.
Avqustun 28-nə keçən gecə Şərqi Norveç səmasında 22 mindən çox ildırım qeydə alınıb. Əlverişsiz hava şəraiti, həmçinin krallığın bütün şərq regionu üzrə dəmir yolunun fəaliyyətində fasilələrin yaranmasına gətirib çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB