Çexiya Daxili İşlər Nazirliyi bu ilin ikinci kvartalı üçün hesabatını açıqlayıb. SİA xəbər verir ki, hesabatda insanların siyasi baxışlarına görə təqib edilməsi halların artması meyilinin müşahidə olunduğu vurğulanır. Sənəddə deyilir ki, ksenofobiya və bu sosial kateqoriya nümayəndələrinin nəzarət etdiyi KİV-lər Çexiya cəmiyyətinin parçalanmasına öz “töhfəsini” verir.
Müəlliflər təəssüflə qeyd edirlər ki, fərqli baxışları olan inşalara hücumlar getdikcə çox təhlükəli meyilə çevrilir. Bu hadisələrin çoxunda təcavüz yalnız verbal xarakter daşıyır. Bununla belə, fiziki hücumlar da mövcuddur. Özü də təkcə milli, etnik və dini azlıqlar deyil, həm də evsizlər, hüquq müdafiəçiləri və jurnalistlər bu cür hücumlara məruz qalırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB