Çinin cənubundakı Xaynan adasında qəfil meydana çıxan tornado 8 nəfərin ölümünə, 2 nəfərin yaralanmasına səbəb olub. SİA yerli hakimiyyət orqanlarına istinadla xəbər verir ki, hadisə Dancou şəhərinin Nada qəsəbəsində gecə saat 3 radələrində baş verib. Tornado tikinti ərazisində fəhlələrin qaldığı müvəqqəti evi dağıdıb.
Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisə yerində xilasedicilər axtarış işləri aparırlar. Dağıntı altında başqalarının da olma ehtimalı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB