Puerto-Rikoda yaşlı kişi "Dorian" tropik qasırğasının qurbanı olub. O, şiddətli külək nəticəsində damdan yıxılıb. Həmçinin San-Xuan şəhərində bir nəfər xəsarət alıb. Bu barədə EFE agentliyi məlumat yayıb.
SİA "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, "Dorian" qasırğası hazırda Puerto-Rikodadır və şimal-qərb istiqamətində irəliləyir. Çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp "Dorian" qasırğasının yaxınlaşması səbəbindən Puerto-Rikoda fövqəladə vəziyyət elan olunması barədə fərman imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB