İran parlamenti ABŞ Prezidenti Donald Trampın Həsən Ruhanini dialoqa dəvət etməsinə münasibət bildirib. SİA xəbər verir ki, parlamentdə kəskin müzakirələr aparılıb.
Deputat Əhməd Əlirzabəyci bildirib ki, sanksiyalar aradan qalxmayınca İran Amerika ilə heç bir danışıqlara başlamamalıdır. Onun sözlərinə görə, sanksiyalar İran dövlətinə və xalqına böyük mənfi təsir göstərir. İqtisadi inkişafın qarşısını almaqla yanaşı, əhalinin sosial vəziyyətini pisləşdirir. O təklif edib ki, parlament qanun qəbul etsin və ABŞ ilə danışıqların başlamasını qanunla qadağan etsin. Ə. Əlirzabəyci Prezident H. Ruhanini uğursuz xarici siyasət yürütməkdə ittiham edərək, tənqid atəşinə tutub.
H.Ruhanin tərəfdarı, deputat Mustafa Kavakebian isə dövlət başçısını müdafiə edərək diqqətə çatdırıb ki, Prezidenti tənqid etmək bəsdir, çünki o da sanksiyaların aradan qalxmayacağı təqdirdə danışıqlara getməyəcəyini bəyan edib.
Xatırladaq ki, avqustun 26-da G-7 qrupuna daxil olan ölkələrin rəhbərlərinin Fransada keçirilən sammitindən sonra ABŞ və Fransa prezidentləri birgə mətbuat konfransı keçiriblər. Həmin konfransda ABŞ Prezidenti Donald Tramp İran Prezidenti H.Ruhani ilə danışıqlara başlamaq niyyətində olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB