Kadırovun doğulduğu kəndin adı dəyişdirildi

Kadırovun doğulduğu kəndin adı dəyişdirildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun doğulduğu Tsentaroy kəndinin adı dəyişdirilib. Bu barədə Rusiya Baş naziri Dmitri Medvedyev müvafiq sənəd imzalayıb. Sözügedən kənd bundan sonra Əhməd-Yurd adlanacaq.

Qeyd edək ki, kəndin adını daşıdığı Əhməd Kadırov hazırkı rəhbərin atası və Çeçenistanın keçmiş lideridir.

Bütün xəbərlər Facebook səhifəmizdə