Bolqarıstanın Sofiya, Plovdiv, Varna və Burqas aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə ölkənin BTV televiziya kanalı məlumat yayıb.
Qeyd olunub ki, bu aeroportlarda bombaların olması xəbərləri yayılmağa başlayandan təxliyə tədbirləri görülüb və təhlükəsizlik qaydaları sərtləşdirilib. Yalançı bomba xəbərləri sosial şəbəkələr və informasiya vasitələri tərəfindən yayılmaqda davam edir.
Qeyd edək ki, Avropa İttifaqının digər aeroportlarında da buna oxşar xəbərlərə rast gəlinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB