Belarus Türkiyəyə mal əti ixrac edə biləcək. SİA "BELTA"ya istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Belarusun Kənd Təsərrüfatı və Qida Nazirliyinin Xarici İqtisadi İşlər Baş İdarəsinin müdiri Aleksey Boqdanov məlumat verib.
Onun sözlərinə görə, müvafiq icazənin və hüququn əldə edilməsi üçün Belarus tərəfi sənədləri Türkiyəyə göndərib. Türkiyənin ilkin rəyi müsbətdir. Bu ilin sonuna qədər Belarusdan Türkiyəyə mal ətinin ixrac ediləcəyini gözləyirik.
Qeyd edək ki, Belarus tərəfi uzun müddətdir mal ətinin Türkiyəyə ixracı üçün danışıqlar aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB