Qara dənizin Gürcüstan sahillərində qasırğa xəbərdarlığı

Qara dənizin Gürcüstan sahillərində qasırğa barədə xəbərdarlıq elan olunub. Dəniz sahillərində, xüsusən də çimərliklərdə qırmızı fənərlər yandırılıb və insanlara suya girmək qadağan edilib. SİA xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti ictimaiyyətə müraciət edib.

Müraciətdə deyilir ki, ölkə ərazisinin bəzi bölgələrində hava şəraiti kəskin dəyişəcək. Acarıstan Muxtar Respublikası, Quriya, Poti və Sameqrelo bölgələrində 3-4 bal gücündə qasırğa gözlənilir. Xidmət vətəndaşları və turistləri dənizə daxil olmamağa, təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Dənizə girməyə icazə verildikdə sahil xəttində ağ bayraqlar qaldırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə