Tramp Amerika şirkətini Çini tərk etməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp “Apple” korporasiyasını istehsalatı Çindən çıxarmağa çağırıb. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, Tramp bununla bağlı Amerika kompaniyalarına yardım vəd edib. “Mən “Apple” kimi Amerika kompaniyalarına qısa müddət ərzində yardım edə bilərəm. Onlar bu zaman ərzində Çindən çıxmalıdır. Çünki yardım çox az davam edəcək. Əgər mən onlara yardım etməsəm, böyük problemlərlə üzləşə bilərlər”, - deyə ABŞ lideri Rumıniya Prezidenti Klaus Yohannislə Ağ evdə görüşü zamanı jurnalistlərə bildirib.

Vaşinqton administrasiyası rəhbərinin versiyasına görə, Çin xarici kompaniyaların öz istehsalatlarını bu ölkədən ABŞ-ın gömrük rüsumu tətbiq etmədiyi dövlətlərə köçürməsi səbəbindən son 18 ayda 2 milyard dollar itirib.

“The Wall Street Journal” nəşrinin məlumatına əsasən, “Apple” kompaniyası “Mac Pro” kompüterlərinin istehsalı barədə Tayvanda yerləşən “Quanta Computer” podratçısı ilə müqavilə imzalayıb. Bununla yanaşı, Yaponiyanın “Nikkei” qəzeti Amerika korporasiyasının Vaşinqton və Pekin arasında ticarət mübahisələri səbəbindən öz istehsalat gücünün 15-30 faizini Çindən digər ölkələrə köçürülməsi variantını nəzərdən keçirdiyini yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə