Avqustun 21-də Solomon adaları dövlətinə daxil olan Santa-Krus arxipelaqının Utupua adaları sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avstraliya Seysmoloji Xidməti məlumat yayıb.
Bildirilir ki, zəlzələ avqustun 21-də yerli vaxtla saat 1:05-də baş verib. Yeraltı təkanların episentri Utupua adalarının sahil xəttindən 50 kilometr şimal-şərqdə, ocağı 77 kilometr dərinlikdə yerləşib.
Həmin adalarda təqribən 1200 nəfər yaşayır. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB