Üç fələstinli sərhəddə atışmada ölüb

Qəzza zolağının sərhəddində İsrail hərbçiləri tərəfindən açılan atəş nəticəsində üç fələstinli həlak olub. SİA-nın verdiyi məlumata görə, bu barədə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Mahmud deyib.

M.Mahmudun sözlərinə görə, üç fələstinlinin cəsədləri bu gün səhər "Əl-Andunisi" xəstəxanasına gətirilib: "Onlar gecə sərhəddə baş verən hadisə nəticəsində İsrail hərbçiləri tərəfindən öldürülüb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə