ABŞ-da yüngül mühərrikli təyyarə evin üstünə düşüb

ABŞ-ın Nyu-York ştatının Pokipsi şəhərində "Cessna 303" təyyarəsi yaşayış evinin üstünə düşüb. Bu barədə ABC telekanalı ABŞ Federal Aviasiya İdarəsinə istinadla məlumat yayıb. SİA "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, içində üç nəfərin olduğu təyyarə Pokipsi şəhəri yaxınlığında yerə enməli idi. Təyyarədə olan insanların taleyi, habelə yerdə olanların vəziyyəti barədə məlumat verilmir. Federal Aviasiya İdarəsi hadisə ilə bağlı təhqiqata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə