İsrailli narkobaronun qaçışında əli olanlar həbs edilib

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) avqustun 16-da ekstradisiya zamanı qaçan israilli narkobaron Amos Dov Silveri həbs edib. SİA Xidmətin saytına istinadla xəbər verir ki, israilli narkobaron təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun qaçmasında əli olan UTX-nin üç əməkdaşı da həbs edilib.

İsrailli narkobaronun ölkəsinə ekstradisiyası üçün proses davam etdirilir.

Qeyd edək ki, Amos Dov Silver avqustun 16-da Borispol beynəlxalq hava limanında ekstradisiya edilən zaman qaçmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə