ABŞ və Ukrayna prezidentlərinin görüş vaxtı bəlli oldu

ABŞ və Ukrayna prezidentlərinin görüş vaxtı bəlli oldu

ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş payızda baş tuta bilər. SİA-nın məlumatına görə, bunu ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Uilyam Teylor deyib.

O bildirib ki, liderlər arasında ilk görüş Varşavada və ya Nyu Yorkda keçirilə bilər:

“Bu görüş çox qısa olacaq və liderlərə bir-birinə “Hello” demək və hal-əhval tutmaq imkanı verəcək”.

D.Tramp və V.Zelenski arasında ikinci görüş isə Vaşinqtonda, birinci görüşdən bir və ya iki ay sonra keçiriləcək və daha geniş olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə