Türkiyənin sahil təhlükəsizlik xidməti əməliyyat keçirib

Türkiyənin sahil təhlükəsizlik xidməti əməliyyat keçirib

Türkiyənin İzmir şəhərinin Çeşmə və Dikili rayonlarında ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 130 nəfər saxlanılıb. SİA xəbər verir ki, Türkiyənin sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılanların rezin qayıqlar vasitəsilə Yunan adalarına keçmək istədikləri məlum olub.

Saxlanılanlardan 25-i qadın, 30-u uşaqdır. Əksəriyyətinin Suriya, Fələstin və Somali vətəndaşı olduğu bildirilən köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə