Meksika sahillərində güclü zəlzələ olub

Meksika sahillərində güclü zəlzələ olub

Sakit okeanda, Meksika sahillərində 5,8 bal gücündə zəlzələ baş verib. SİA Meksika-nın Milli Seysmoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Kabo-San-Lukas şəhərindən (Cənubi Aşağı Kaliforniya ştatı) 275 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə