Loqar əyalətində terrorçuların təlim mərkəzi məhv edildi

Əfqanıstan ordusu ölkənin şərqində yerləşən Loqar əyalətinin Bəraki Barak inzibati dairəsində hərbi əməliyyat keçirib. SİA DawnNews saytına istinadla xəbər verir ki, avqustun 12-14-də keçirilən əməliyyatlarda səkkiz silahlı öldürülüb və terrorçuların təlim mərkəzi məhv edilib. Bu barədə Əfqanıstan ordusunun qərargahından yayılan məlumatda bildirilir.

Qeyd olunur ki, Bəraki Barak inzibati dairəsindəki Taqab rayonunda “Taliban” silahlılarının istehkamlarını məhv etmək üçün əlaqəli şəkildə aparılan hərbi əməliyyatlarda səkkiz silahlı öldürülüb və terrorçu kamikadzelərin hazırlandığı təlim mərkəzi yerlə yeksan edilib. Zərərsizləşdirilmiş silahlıların arasında “Taliban” hərəkatının iki yerli komandiri – Molla Nakib və Xalid də olublar. Hərbi əməliyyat nəticəsində silahlıların böyük miqdarda silah-sursat olan anbarı da partladılıb.

“Taliban” hərəkatının yerli komandirləri ordu qərargahının məlumatını şərh etməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə