Məktəb avtobusu çaya düşdü - 49 yaralı

Hindistanın qərbindəki Maharaştra ştatında məktəb avtobusu çaya düşüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə nəticəsində 49 şagird xəsarət alıb.

Qeyd olunur ki, hadisə Mumbay şəhərindən 100 kilometr məsafədə baş verib. Xəsarət alan şagirdlər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilməyib. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə