ABŞ-ın 2003-cü ildə İraq işğalını verdiyi məlumatlarla qanuniləşdirən iraqlı kimya mühəndisi dünyanı şok edən etirafla çıxış edib. SİA-nın məlumatına görə, Rafid Əhməd Əl-Cənabi işğaldan 8 il keçəndən sonra İngiltərənin "The Guardian" qəzetinə "yalan danışdım" deyib.
O, qeyd edib ki, bu addımı İraqın demokratikləşməsi üçün atıb: "İraqda rejimin devrilməsini təmin etmək üçün Səddam Hüseynin bakteroloji silaha sahib olmaq üçün gizli bir proqramın, eyni zamanda əlində kütləvi qırğın silahıının olduğunu bildirdim. Başqa cür İraqa demokratiya gəlməyəcəkdi".
Qeyd edək ki, həmin dövrdə ABŞ-ın xarici işlər naziri olan Kolin Pauell 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatındakı çıxışında Əl-Cənabinin verdiyi məlumatları "etibarlı kəşfiyyat" olaraq dünyaya təqdim etmişdi. İngiltərə keçmiş baş naziri Toni Bleyr ilə ABŞ-ın keçmiş prezidenti Corc Buş bu məlumatlara söykənərək İraq işğalına razılıq vermişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB