Mixail Qorbaçov: "Regionda inkişaf edən hadisələrin Yaxın Şərq və müsəlman dünyası üçün olduqca böyük təsiri olacaq"

Mixail Qorbaçov: "Regionda inkişaf edən hadisələrin Yaxın Şərq və müsəlman dünyası üçün olduqca böyük təsiri olacaq"
Keçmiş Sovet İttifaqının lideri Mixail Qorbaçov deyib ki, Misirdə və Tunisdə baş qaldıran hərəkatlar bu ölkələrin vətəndaşlarının avtoritar sistemdə yaşamaq istəmədiyini və xalqın səbrinin tükəndiyini göstərdi. SİA-nın xəbərinə görə, "International Herald Tribune" qəzetində dərc edilmiş məqalədə Qorbaçov bildirib ki, ərəb elitası, Yaxın Şərq ölkələri və dünyanın qüdrətli dövlətləri belə rejimlərin siyasi nəticələrini başa düşməlidir. O deyib ki, regionda inkişaf edən hadisələrin Misrin özü, Yaxın Şərq və müsəlman dünyası üçün olduqca böyük təsiri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə