Moldovada baş vermiş təbii fəlakət kənd təsərrüfatına ciddi ziyan vurub
Moldovada qasırğa və dolu ölkənin müxtəlif bölgələrində 100 hektara yaxın bağ və kənd təsərrüfatı sahəsini məhv edib.
SİA yerli mətbuata istinadla xəbər verir ki, Moldova Daxili İşlər Nazirliyi yanında Fövqəladə Hallar üzrə İnspektorluğun yaydığı məlumatda dolu və leysan yağışının 35 hektar bağ və 58 hektar qarğıdalı sahəsini yararsız hala saldığı bildirilir.
Bundan başqa, qasırğa bir çox şəhərlərin dövlət binalarının dam örtüyünü uçurub. Hazırda xüsusi komissiya dəyən ziyanın miqdarını müəyyənləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB