Türkiyəni qanunsuz yollarla tərk etmək istəyən 64 nəfər saxlanılıb
Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda yerləşən Akyarlar və Hüseyinburnu sahillərinə yaxın bölgələrdə ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 64 nəfər saxlanılıb.
SİA xəbər verir ki, Türkiyə Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılanların bir neçə rezin qayıq vasitəsilə ölkəni tərk etmək istədikləri məlum olub.
Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB