Türkiyədə hərbi anbarda partlayış olub

Türkiyədə hərbi anbarda partlayış olub

Türkiyənin cənubunda Hatay vilayətində hərbi hissələrin birində hərbi anbarda partlayış baş verib. SİA-nın məlumatına görə, partlayış nəticəsində xəsarət alan olmayıb.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar hərbi hissənin yaxınlığında evdə olan insanlar təxliyə edilib.

Partlayışın səbəbi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə