Qırğızıstan parlamenti fövqəladə vəziyyət tələb edir ATAMBAYEV TƏSİLM OLMUR

Qırğızıstan parlamenti fövqəladə vəziyyət tələb edir ATAMBAYEV TƏSİLM OLMUR

Qırğızıstanın hüquq-mühafizə və digər güc strukturları eks-prezident Almazbek Atambayevin Çuy vilayətinin Koy-Taş kəndindəki iqamətgahının yerləşdiyi əraziyə daxil olmağı bacarıblar. SİA xəbər verir ki, bu barədə Rusiya mətbuatına sabiq prezidentin qərargahından məlumat verilib.

“Baxmayaraq ki, Atambayevin tərəfdarları güclü müqavimət göstərdilər, güc strukturları iqamətgahın ərazisinə daxil olmağı bacardılar”, deyə bldirilirb.

Bu arada, Qırğızıstan parlamentinin deputatları ölkədə fövqəladə vəziyyətin elan olunması təşəbbüsünü irəli sürüblər. “Parlamentin növbədənkənar iclasının gedişində respublika ərazisində fövqəladə vəziyyətin elan olunması təşəbbüsü irəli sürülüb”, deyə ölkə parlamentinin mətbuat xidmətindən bildirilib. Onun sözlərinə görə, mövcud təşəbbüsü parlamentarilərin əksəriyyəti dəstəkləyir. “Mümkündür ki. Bu qərar qəbul edilsin, sənədin hazırlanması üçün profil komitəsinə müraciət olunub”, sözügedən məlumatda qeyd edilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə