Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev hüquq-mühafizə orqanlarına müraciət edərək, xalqa qarşı güc nümayiş etdirməməyə çağırıb. SİA xəbər verir ki, sabiq prezident bu sözlərini “Aprel” telekanalında bildirib.
“Mən güc strukturlarını öz xalqına qarşı getməməyə çağırıram”, deyən Atambayev, bu baş verərsə, pis nəticələrə gətirib-çıxaracağını da deyib.
Qeyd edək ki, Qırğızıstanın xüsusi təyinatlıları ölkənin keçmiş prezidentini güc yolu ilə həbs etməyə cəhd edib, lakin hücum uğursuz nəticələnib. Onun iqamətgahına edilən hücum zamanı xüsusi təyinatlılardan bir nəfər həlak olub. İqamətgaha hücum zamanı ümumilikdə 40 nəfər yaralanıb. Ölkə prezidenti Soornobay Jeenbekov isə məzuniyyətini yarımçıq qoyaraq, paytaxt Bişkekə geri dönüb. O, təhlükəsizlik şurasının iclasını keçirmək niyyətindədir.
Qeyd edək ki, gecə saatlarında xüsusi təyinatlılar hadisə yerini tərk ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB