Türkiyə və ABŞ Müdafiə nazirliklərinin rəsmiləri Suriyanın şimalında bufer təhlükəsizlik zonası yaradılması barədə razılıq əldə ediblər.
SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, bu dəhliz məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına imkan verəcək.
Türkiyə Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, yekun razılaşma tərəflərin Ankarada keçirilən görüşündən sonra əldə edilib. Belə ki, eni 30 kilometrdən 40 kilometrədək olacaq təhlükəsizlik zonası Türkiyə hərbçiləri tərəfindən ABŞ ilə əlaqələndirmə şəraitində nəzarətə götürüləcək. PKK/YPG silahlı qruplaşmaları bu ərazidən təmizlənəcək və onların ağır silahları alınacaq. Həmçinin, Ankaranın terrorçu elan etdiyi bu təşkilatların tikdikləri tunel, səngər və istehkamlar da dağıdılacaq. Bütün bu tədbirlərin həyata keçirilməsi üçün mərkəz qərargahı Türkiyədə olmaqla Birgə Əməliyyat Mərkəzi yaradılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB